Azərbaycanİran

Güneyli rejissor Məhəmməd Əlimuradi Urmiya gölünün ekoloji fəlakətinin fəsadları barədə danışıb

Güneyli rejissor Məhəmməd Əlimuradi Urmiya gölünün quruması nəticəsində bölgədə baş verən duz fırtınalarının bölgənin iqtisadiyyatı, kənd təsərrüfatı sahəsinə vurduğu ziyanla yanaşı, sakinlərin həyatlarının da təhlükəyə düşdüyünü deyib:

“Urmiya gölü ətrafındakı sakinlərin ölümlərinin əsas səbəbi xərçəng xəstəliyinin yayılmasıdır”.

Əlimuradi problemin ölkə səviyyəsində böhran kimi rəsmiləşdirilməsinin və həll yolları üçün səy göstərilməsinin vacibliyini vurğulayıb.

Son məlumata görə, Urmiya gölünün 96%-i quruyub və hökumətin gölün bərpası ilə bağlı vəd verdiyi layihələr həyata keçirilməyib.

#Urmiyagolu

Related Articles

Bir cavab yazın

Back to top button