
Bu barədə Kıbrısın yunandilli “Kathimerini” qəzeti məlumat yayıb.
İsrailin baş naziri Benyamin Netaniyahunun ofisi yaydığı bəyanatda iranlı terrorçuların həbsində MOSSAD-ın Kıbrıs polisinə dəstək verdiyini bildirib.
Adları açıqlanmayan iranlıların siyasi qaçqın olduqları və SEPAH-a bağlı şəxslə əlaqələri qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl də Kıbrısda bir neçə iranlı və SEPAH-la bağlı şəxslər İsrail vərəndaşlarına qarşı terror hazırlamaq ittihamına görə saxlanılıblar.