Aznewstv xəbər verir ki, bu barədə məlumat İsveç hökumətinin saytında yer alıb.
“Bu bazalar, zonalar və obyektlər ölkənin şimalındakı Kiruna, Östersund və Lulea, cənub-qərbdəki Halmştad və cənubdakı Ronneby, Qotland adasındakı Visbi, paytaxtdan 70 km məsafədəki Uppsala daxil olmaqla bütün İsveç ərazisində yerləşir. Bura Stokholm yaxınlığındakı Berq dəniz bazası da daxildir”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən ABŞ müdafiə naziri Pol Yonson və ABŞ müdafiə naziri Lloyd Ostin arasında hərbi əməkdaşlıq barədə saziş imzalanıb.