Azərbaycanİran

Şərqi Azərbaycan əyalətinin Sofyan şəhərindən olan tanınmış azərbaycanlı fəal Mürtəza Nurməhəmmədi Nadarlı Təbriz həbsxanasına köçürülüb.

Bu barədə fəalın özü noyabrın 27-də ailəsi ilə qısa telefon danışığı zamanı məlumat verib.

Nurməhəmmədi qızına türkcə “Hunay” adını qoymaq istədiyi, lakin aidiyyəti qurumdan doğum haqqında şəhadətnamənin verilmədiyi barədə sosial mediada paylaşımlar edib. Nadarlı bildirib ki, Sofyan şəhərinin Qeydiyyat İdarəsi Hunay adının İran adları siyahısında olmadığına görə xarici ad hesab edildiyini və bu adla sənəd tərtib etməyin mümkün olmadığını deyib.

Nadarlı sentyabr ayının avvəlində həbs edilib. Təzyiqlərlə üzləşən milli fəalın zindanda saxlanılması üçün daha əvvəl təyin edilən 500 milyon tümənlik (~10 min dollar) girovun məbləği daha 200 milyon tümən yüksəldilərək 700 milyona çatdırılmışdır (~14 min dollar).

Related Articles

Bir cavab yazın

Back to top button