Aznewstv xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.
“Düşünürəm ki, Fələstin Muxtariyyəti indiki formada Qəzza zolağına görə məsuliyyəti öz üzərinə götürə bilmir”-deyə, o bildirib.
Netanyahu əlavə edib ki, İsrail ordusu anklav uğrunda döyüşdükdən sonra Qəzzaya nəzarəti Abbasa təhvil vermək qeyri-mümkündür: “Mahmud Abbas oktyabrın 7-də HƏMAS-ın silahlı qanadından olan radikalların İsrailə qarşı həyata keçirdiyi hücumu hələ də pisləməyib”.