Bu barədə ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Keyt Self açıqlama verib.
Qətnamədə İran hökumətinin dünyada terrorizmi dəstəkləyən ölkə olduğu üçün ona qarşı mümkün qadağaların qoyulması istənilib.
“İran hökuməti və ona bağlı qüvvələr gizli terror əməliyyatları üçün çox vaxt mülki şəxslərdən və mülki infrastrukturdan, xüsusən də hava yolları və hava limanlarından qalxan kimi istifadə edirlər”,- konqresmen bildirib.
Qeyd edək ki, Amerika bundan əvvəl İranın “Mahan Air”, “İran Air” və “Fars Air Qeşm” hava şirkətlərinə qarşı sanksiya tətbiq edib.