Dünya

ABŞ institutu: “Qərbin Ukraynaya dəstəyini dayandırması nəticəsində Rusiyanın qalib gələcəyinə dair çoxlu əsas var”

“Qərbin Ukraynaya dəstəyini dayandırması nəticəsində Rusiyanın qalib gələcəyinə dair çoxlu əsas var”.

Aznewstv xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yazıb.

Bildirilib ki, Qərbin Ukraynaya dəstəyinin sona çatması Kiyevi bu və digər imkanlardan məhrum edəcək: “Nəticədə daha mövqe döyüşləri getməyəcək. Ukrayna isə itkiləri bərpa etməkdə çətinlik çəkəcək. Çünki müdafiə sənayesi potensialı buna imkan vermir. Ən çox ehtimal olunan ssenari budur ki, ruslar Ukrayna qüvvələrini geri çəkilməyə, bu ölkənin daha böyük ərazilərini ələ keçirməyə, şəhərlərini dağıtmağa davam edəcəklər”.

Qeyd olunub ki, əgər Qərb yardımı genişləndirsə, Ukrayna döyüş meydanında üstünlüyü ələ ala bilər: “Qərb Ukraynanın uğurlu hücum əməliyyatlarına şərait yaratmaq üçün tədarük etdiyi zirehli texnikaların sayını artırmalıdır”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, müharibə Ukraynanın ərazi bütövlüyü tam bərpa olunmadan başa çatmayacaq. Son zamanlar xarici KİV-də Qərbin Ukraynaya dəstəyinin azalmasına dair məlumatlar yayılır.

Related Articles

Bir cavab yazın

Back to top button