
Ermənistan və İran Şimal-Cənub dəhlizinin İranla həmsərhəd Aqarak şəhərindən Qacaran şəhərinə (32 km) ən cənub hissəsinin tikintisinə dair saziş imzalayıb.
Ölkələr tikintinin sürətlə həyata keçirilməsində maraqlıdır. Qeyd edək ki, Qara dənizi (Gürcüstan) Fars körfəzi (İran) ilə birləşdirən Şimal-Cənub nəqliyyat avtomobil dəhlizi İrəvan üçün ən mühüm geoiqtisadi məqsəddir.