İran İslam Respublikası və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirləri Seyid Abbas Musəvi və Mixail Yevdokimov bu gün axşam saatlarında baş tutan görüşdə İsrail-Fələstin hadisələri, Qəzzada baş verən faciələr, həmçinin Cənubi Qafqazda baş verən proseslər, regionda təhlükəsizlik, davamlı sülh və sabitliyin yaradılmasında İran və Rusiyanın rollarını müzakirə ediblər.