Dünyaİran

İranın azad edilmiş 6 milyard dolları yenidən dondurulur

ABŞ və Qətər arasında məhbusların mübadiləsinə görə İranın azad edilmiş və Qətərə göndərilmiş 6 milyard dollar vəsaitinin bu ölkəyə geri qaytarılmaması ilə bağlı razılıq əldə olunub.

Bunu “Vaşinqton post” məlumat yayıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyi ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvlərinə məlumat verib.

ABŞ dövlət katibi Entoni Blinken Təl-Əvivdə deyib ki, İranın azad edilmiş aktivlərinin heç bir hissəsi Qətərdə xərclənməyib və İslam Respublikasının ona çıxışı yoxdur.

Bu qərar İranın HƏMAS-ın İsrailə qarşı hücumlarını dəstəklədiyinə görə, Konqres üzvlərinin Bayden administrasiyasına artan təzyiqlərindən sonra qəbul edilib.

Qeyd edək ki, bundan öncə İsrailə hücuma keçən HƏMAS-ın arxasında İranın durduğu və bu təşkilatı Tehranın maliyələşdiridiyi barədə müzakirələri zamanı ABŞ Dövlət Departamenti blokdan çıxarılan 6 milyardın yenidən bloklanacağını istisna etməmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button