
Bölgəyə çox sayda yanğınsöndürən briqadanın cəlb olunub və sənaye şəhərciyinin başqa bölmələrinə sirayət edən yanğın gecə saatlarında söndürülüb.
Şərqi Azərbaycanın Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniyanın verdiyi məlumata görə, hadisə nəticəsində 11 nəfər yaralanıb.
O, ağır xəsarətlər alan yaralıların Binab, Əcəbşer və Təbriz xəstəxanalarına köçürüldüklərini, dördünün vəziyyətinin ağır olduğunu bildirib.
Yanğının səbəbləri barədə hər hansı məlumat verilməyib və hadisənin araşdırıldığı qeyd edilib.
Timur