
Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Məlumatda öldürülən qadınların 20-sinin namus məsələsi üstündə qətlə yetirildiyi bildirilib.
İran hökumətinin bundan öncəki rəsmi statistikasında son 2 il ərzində 172 qadının ailə üzvləri tərəfindən öldürüldüyü qeyd edilib.
Qadın haqları fəalları öldürülən qadınların rəsmi statistikada göstəriləndən daha çox olduğunu bildirirlər.
Qeyd edək ki, İran qanunlarına əsasən, namus məsələsinə görə qadını öldürənlərin cəzası yüngüldür. Buna görə də qatillərin sayı azalmır.