Azərbaycanİran

Bəluçlar Urmu gölü ilə bağlı plakat qaldırdılar

Sentyabrın 15-i günorta saatlarından başlayaraq Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində yaşayan bəluclar aylardır hər həftənin cümə günü keçirdikləri növbəti etiraz aksiyasına başlayıblar.

Bu barədə yerli mənbələr məlumat və videolar paylaşıblar.

Etirazçı bəluclar “Cazmuyan gölü kimi Urmiya gölünü məhv elədilər” məzmunlu plakat qaldırıb, azərbaycanlı ekofəallara dəstək nümayiş etdiriblər.

Bununla yanaşı onlar “siyasi məhbuslara azadlıq, “Xaməneiyə ölüm”, “bəluc ayağa qalx, ya öl ya azad ol” və başqa bu kimi şüarlar səsləndirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button