
Şiraz şəhərinin İnqilab Məhkəməsi mədəni fəalın 5 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Bildirilib ki, məhkəmə həbs cəzası bitdikdən sonra fəalın 5 il müddətinə ölkədən çıxışına, 2 il müddətinə sosial mediada fəaliyyətinə qadağa qoyub. Əbülfəz Kərəminin dinc mədəni və milli fəaliyyətlərinə görə cəzalandırıldığı qeyd edilib.
Xatırladaq ki, mayın 23-də təhlükəsizlik məmurları Əbülfəz Kərəminin evinə hücum edib, fəalı həbs etdikdən sonra evdə axtarış aparıb, ona məxsus şəxsi əşyalar müsadirə edibər.