Bu gün daha 79 nəfərdən ibarət 22 ailə doğma yurduna geri dönür.
Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.
Köçürülən ailələr Laçında vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. (report)