İran

İranın 20 əyalətinə milyardlarla ziyan dəyib

İranın bir sıra bölgələri mart ayından indiyədək sel və daşqınlardan zərər görüb. Bu barədə İranın Kənd Təssərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirliyin Təbii Fəlakətlərin İdarəedilməsi və Təhlükələrinin Azaldılması İdarəsinin baş direktoru Hüseyn Ahəni deyib ki, sel suları mart ayından indiyədək daha çox əkin, bağçılıq, heyvandarlıq, quşçuluq və balıqçılıq sahələrinə ziyan vurub.

Kənd təssərrüfatına dəyən ziyanın 20 əyalətdə 10.170.000.000 tümən məbləğində olduğu bildirilib.

Azərbaycanın güneyində sel və daşqınlar, əsasən, Ərdəbilə, Zəncana və Qəzvinə ziyan vurub.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button