Azərbaycanİran

Ərdəbildə çörəklə bağlı etirazlar baş verib

Son günlər yaranan çörək qıtlığı Ərdəbildə əhalinin narazılığına səbəb olub.

Mayın 18-də Ərdəbildə çörək sexlərinin sahibləri etiraz aksiyası keçiriblər. Bu barədə yerli mətbuat və sosial media kanalları məlumat yayıb.
Taxıl və Ticarət Baş İdarəsi qarşısına toplaşan etirazçılar onlar üçün ayrılan un kvotasının azaldılmasından narazılıq ediblər.

Narazılar Ərdəbildə yenidən çörək qıtlığının yaşandığını, çörək mağazaları qarşısında uzun növbələrin yarandığını və vətəndaşlarla çörək sexləri işçiləri arasında qarşıdurmalar baş verdiyini bildiriblər.

Qeyd edək ki, bundan öncə, 2022-ci ilin ikinci yarısında bir çox şəhərlərdə, o cümlədən Ərdəbildə müxtəlif növ çörəklərin qiyməti kəskin artıb və istehsalı azalıb. Buna baxmayaraq, İran hökuməti Livana və “Hizbullah” təşkilatına böyük miqdarda taxıl və un göndərməyə davam edir.

#Azerbaycaninguneyi #Erdebil

Related Articles

Bir cavab yazın

Back to top button