Bu barədə yerli sosial media fəalları məlumat yayıblar.
Binanın divarlarının uçmasına küçənin genişləndirilməsi üçün aparılan qaydasız söküntü işləri səbəb olub.
Alman Konsulluğu binası 1900-cu ildə Qacarlar dönəmində Təbrizin mərkəzi bağlarından birində tikilib.
Tarixi bina 26 may 2021-ci ildə İran Milli Əsərləri siyahısında qeydə alınıb.