Azərbaycanİran

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin İnqilab Məhkəməsinin 3-cü bölməsi biri qadın olmaqla 5 nəfəri İsrailə casusluq ittihamı ilə ölüm cəzasına məhkum edib

Bu barədə insan haqları təşkilatları məlumat yayıblar.

Bununla yanaşı, daha 5 nəfər eyni ittihamla 10 il azadlıqdan məhrum edilib.

İnsan haqları təşkilatlarının yaydığı məlumatda edam və həbs cəzasına məhkum edilən şəxslərin təcridxanada ağır işgəncələrə məruz qaldıqları, onlardan məcburi etiraf alındığı və müttəhimlərin məhkəmədə barələrində irəli sürülən ittihamı rədd etdikləri bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button