Azərbaycanİran

Bu gün Cənubi Azərbaycanda Suri çərşənbəsi qeyd edilir

Şimali Azərbaycanda Novruz bayramından öncə dörd çərşənbənin qeyd olunmasına baxmayaraq, Cənubi Azərbaycanda yalnız bayramdan bir həftə qabaq olan çərşənbə - Suri qeyd edilir. Əvvəllər Suri Güney Azərbaycanda həftənin üçüncü günündə keçirilirdi, lakin İran İslam İnqilabından sonra çərşənbə axşamı qeyd olunmağa başladı.

“Suri çərşənbə” söz birləşməsində olan “suri” sözü qırmızı deməkdir. İlaxır çərşənbədə keçirilən “Suri çərşənbə” mərasimində insanlar həyətlərdə, məhəllələrdə tonqal qalayırlar. Onlar tonqalın üzərindən atlanaraq: “Qada-bəlam oda tökülsün”,- deyirlər. İnanclara görə, insanlar tonqaldan atlanan zaman onların xəstəlikləri odun içərisində yanaraq yox olur. Adətən, şənlik axşamdan başlayaraq, səhərə qədər davam edir.

Qədim adətlərə görə, Cənubi Azərbaycanda bu gün “acil” hazırlayırlar. “Acil” qoz, fındıq və giləmeyvə qarışığından hazırlanır.

Related Articles

Bir cavab yazın

Back to top button