İran

İranda məcburi hicab qaydaları sərtləşdirilir

İran parlamentinin məhkəmə-hüquq komissiyasının rəhbəri Musa Qəzənfərabadi bildirib ki, parlamentin yeni planına əsasən, “məcburi hicaba” riayət etməyən qadınlara qarşı rəftar daha da gücləndiriləcək.

O, hicab məsələsi ilə bağlı yenilənən cəzalar barədə “Ruydad 24” xəbər saytına verdiyi müsahibədə bildirib.

“Bizim plan və proqramımız küçələrdə və başqa yerlərdə hicab qaydalarına riayət etməyənləri müəyyən edərə onlar qeydiyyata almaq və cəza olaraq sosial xidmətlərdən məhrum etməkdən ibarətdir”,- komissiya başçısı bildirib.

İran parlamentinin üzvü əlavə edib ki, hazırda avtomobillərdə hicaba fəal şəkildə nəzarət etmək planı əvvəlki kimi gündəmdədir və hicabsızlara yenidən  xəbərdarlıq sms-ləri göndəriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button