Bölgəİran

İsraildən İrana növbəti zərbə

öncə İsfahandakı silah zavodu, ardından SEPAH-ın Suriyaya silah daşıyan maşınları bombalandı

Suriyanın şərqindəki Deyr əz-Zor şəhərinin Elbukemal qəsəbəsində İranın dəstəklədiyi əcnəbi terrorçu qrupların maşın karvanı hansı ölkəyə aid olduğu bilinməyən dronlar tərəfindən bombalanıb.

İraqdan Suriyaya daxil olan və Elbukemal qəsəbəsinin Herri kəndində hədəf alınan konvoyda silah yüklü ən az 4 TIR-ın hücumların hədəfinə çevrildiyi bildirilir.

Hücumun İsrail ordusu tərəfindən həyata keçirildiyi bildirilir.

İsrail ordusu 2022-ci ilin noyabrında da Suriya-İraq sərhədində İranın silah karvanını hədəf aldığını açıqlamışdı.

İki gün əvvəl isə İranın İsfahan şəhərində silah zavoduna PUA-larla hava hücumu həyata keçirilib. Nəticədə zavodda böyük partlayış baş verib.

“Wall Street Journal” qəzeti İranın müdafiə obyektinə hücumu İsrailin pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyini yazıb.

Qəzet ABŞ rəsmilərinə istinadən yazır ki, İsrail İranın İsfahan şəhərində İran Kosmik Araşdırmalar Mərkəzinə aid obyektin yanındakı sursat fabrikini PUA-larla hədəfə alıb.

Qeyd edək ki,  Suriyanın Deyr əz-Zor şəhərinin şərqindəki Elbukemal, Muhsan və əl-Məyadin bölgələri İran və İranın dəstəklədiyi əcnəb terrorçu qrupların nəzarətindədir.

Sünni ərəblərin yaşadığı Deyr əz-Zorda yerləşən İran, İraq, Livan, Əfqan və Pakistan əsilli qruplara İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) üzvləri komandanlıq edir.(bakı-xeber)

Related Articles

Bir cavab yazın

Back to top button