Dünyaİran

Stefan Düjarrik: “BMT İranda edamları dərhal dayandırmağa çağırır”

“BMT İranda edamları dərhal dayandırmağa çağırır”.

Bunu BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölüm cəzası yaşamaq hüququna ziddir: “Biz ölüm hökmünün tətbiqinə qəti şəkildə qarşıyıq. BMT-nin İnsan Hüquqları üzrə Komitəsindəki həmkarlarımıza qoşularaq, bu edamları dərhal dayandırmağa çağırırıq”.

Qeyd edək ki, İranda keçirilən etiraz aksiyalarında iştirak edən Möhsün Şekari barəsində məhkəmənin çıxardığı edam hökmü dekabrın 8-də səhər saatlarında icra olunub. (report)

Related Articles

Bir cavab yazın

Back to top button