
Zəngan əyalətinin Əbhər şəhərindən olan müəllim və fəal Əhməd Nəqəvi saxlanılaraq Əbhər zindanına aparılıb.
Bundan öncə avqust ayının 1-də Əbhər şəhərinin 2-ci Cəza Məhkəməsinin 103-ci bölməsinin çıxardığı qərara görə o, 1 il azadlıqdan məhrum edilmişdi.
Azərbaycanlı müəllim bundan öncəki dinc fəaliyyətlərinə və müəllimlərin hüquqlarını müdafiə etdiyinə, məhbus müəllimlərin azadlığını tələb etdiyinə görə, “hökumətə qarşı təbliğat”da ittiham olunub.
Aprelin 25-də İran Kəşfiyyat Nazirliyinin əməkdaşları Əhməd Nəqəvinin evinə basqın edərək onu qandallayıb və özləri ilə aparmışdılar.
Tanınmış ictimai fəal bundan öncə də dinc fəaliyyətlərinə görə bir neçə dəfə saxlanılıb.