Bu təşkilatın bütün dünyadakı insanların dəstəyi üçün dərc etdiyi petisiyada bildirilir ki, İran İslam Respublikasının təhlükəsizlik qüvvələri etirazçılara döyüş silahları və metal güllələrlə hücum edir.
“Hazırda İranda cəzasızlıq böhranı hökm sürür və bu, İran hakimiyyətinə son illərdə yüzlərlə etirazçını öldürmək, minlərlə insana isə işgəncə vermək və narazıları qorcudaraq susdurmaq cəsarətini verib”,- deyə, Beynəlxalq Əfv Təşkilatı bildirib.
Beynəlxalq Əfv Təşkilatına görə, hökumət əleyhinə etirazların yatırılması zamanı İran hökumətinin “ən ağır cinayətləri”nə qarşı istintaq, hesabat və cavabdehlik vəzifələri olan müstəqil mexanizm yaradılmalıdır.