Tehranda keçirilən etiraz aksiyaları zamanı hökumət məmurlarının başına vurduqları dəyənək zərbələri nəticəsində komaya düşən və xəstəxananın reanımasıya bölməsinə yerləşdirilən Arnika Qaim Məqami oktyabrın 22-də həyatını itirib.
İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, başından ağır zədələr alan yeniyetmə qız hökumət məmurları tərəfindən aparılıb və sonradan onun orduya məxsus xəsətəxanada reanimasiya şöbəsində huşsuz vəziyyətdə olduğu məlum olub.
Məsələnin ictimailəşdiyindən sonra hökumət rəsmiləri Arnika Qaim Məqaminin yaşadığı binanın 4-cü mərtəbəsinin balkonundan yıxılaraq öldüyünü iddia ediblər.
Qeyd edək ki, İran məhkəmə sistemi və təhlükəsizlik nümayəndələri son həftələr öldürülən onlarla insanın hündürlükdən yıxılma, zəhərlənmə və başqa bu kimi səbəblərdən öldükləri barədə iddialar səsləndiriblər.