Sərhədsiz Reportyorlar Təşkilatı sentyabrın 28-də yayadığı hesabatda İranda 33 jurnalistin həbsdə olduğunu bildirib.
Təşkilatın hesabatında son günlər başlayan etiraz aksiyaları zamanı daha 19 jurnalis İran məmurları tərəfindən saxlanılıb.
Saxlanılanlar arasında iki fotojurnalist, 7 qadın jurnalistin olduğunu bildirən Sərhədsiz Reportyorlar Təşkilatı Tehran, Rəşt, Amol, Qəzvin və Əhvaz şəhərlərində bir neçə jurnalistin də məhkəməyə çağrıldıqlarını qeyd edib.
Sərhədsiz Reportyorlar təşkilatı İslam Respublikasını jurnalistlərə qarşı repressiyaları dərhal dayandırmağa, məhbusları azad etməyə və azad medianın məlumat əldə etməsinə icazə verməyə çağırıb.