
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinə məxsus təyyarə təlim uçuşu yerinə yetirərkən texniki nasazlıqla üzləşib və pilotların səyi ilə yaşayış olmayan əraziyə düşüb.
Hormozqan əyalətində baş verən hadisədə təyyarə yerə çırpıldıqdan sonra partlayıb.
Məlumatda pilotun katapult edərək qəzadan sağ çıxdığı bildirilir.
Qeyd edək ki, bu son iki ayda 4-cü belə qəzadır və bundan öncə Fars və İsfahan əyalətlərində ayrı-ayrı günlərdə F-7 və F-14 tipli qırıcı təyyarələr qəzaya uğrayıblar.