
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.
Aznews.tv DSX-ya istinadən xəbər verir ki, 31 iyul tarixində saat 16:40-da döyüş mövqelərimiz düşmən tərəfindən atəşə tutulub.
Düşmənin atəş nöqtələri cavab atəşilə susdurulub.
Atışma zamanı döyüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin 1 hərbi qulluqçusu yaralanıb.
Sərhədçiyə dərhal təxirə salınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur.
Aznews.tv