Bu hesabata görə, İran İslam Respublikası ötən il qeyri-qanuni yollarla nüvə silahı texnologiyası əldə etməyə çalışıb.
“Bu İsveç sənədi mübahisəli nüvə sazişinin effektivliyi ilə bağlı yeni suallar doğurur”-deyə, Amerikada sağçı cərəyana aid olan “Fox News” televiziyası bildirib.
“Fox News”, nüvə sazişinin ilk ildə İran hökuməti üçün 275 milyard dollar iqtisadi fayda verəcəyini və bu gəlirlərin 2030-cu ilə qədər 1 trilyon dollara çatacağını qeyd edib.
Televizya kanalı İsveç qaynaqlarına istinadən İranın İsveçdəki yüksək texnologiyalı sənayelərə və nüvə silahı proqramında istifadə oluna bilən İsveç məhsullarına casusluğa əsaslanan sənaye casusluğu ilə məşğul olduğunu deyib.
Bu hesabat İsveçin milli təhlükəsizlik riskləri siyahısında İranı Skandinaviya ölkəsinin üzləşdiyi əsas təhlükələrdən biri kimi qeyd edir və İran kəşfiyyat agentlərinin İsveçdə diplomatik örtük altında fəaliyyət göstərdiklərini bildirir.
“İsveç Təhlükəsizlik İdarəsi İranı İsveç və onun maraqları üçün Rusiya və Çin ilə yanaşı ən yüksək təhlükə riski yaradan üç ölkədən biri hesab edir”-deyə, İsveç təhlükəsizlik agentliyinin sözçüsü “Fox News”-a açıqlamasında söyləyib.