
Bir neçə gün bundan öncə Təbrizin Ümumi və İnqilab prokurorluğunun qərarların icrası idarəsinin 1-ci bölməsinə çağrılan milli fəl və Azərbaycan rəqsi müəllimi Şahin Bərzgər sentyabrın 3-də adı çəkilən idarədə olub və təyin olunan cəriməni ödəyib.
Ötən ilin iyul ayının 24-də Təbrizdə Xuzistan ərəblərina dəstək aksiyasına qatıldığı üçün saxlanılan və “kiberməkanda kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakılığa dəvət etmək” ittiham olunan Şahin Bərzgər 24 gün saxlanıldıqdan sonra girov qarşılığında sərbəst buraxılmışdı.