İran

Kanada hökuməti: “Ukrayna təyyarəsi işi ilə bağlı İranla danışıqlar faydasızdır”

SEPAH tərəfindən vurulan Ukrayna təyyarəsinin işinin iddiaçılarından biri olan Mehrzad Zareinin Kanada paytaxtına etiraz yürüşü ilə bağlı Kanada hökuməti rəsmi Ottavanın İran ilə danışıqların faydasız olduğu qənaətinə gəldiyini və indi bu problemi həll etmək üçün beynəlxalq hüquqi yollar axtardığını deyib.

Ukrayna təyyarəsinin vurulması nəticəsində o zaman 17 yaşında olan oğlu Aradı itirən Mehrzad Zarei etiraz hərəkatı çərçivəsində avqustun 10-dan etibarən istəklərini özündə əks etdirən məktubu Kanadanın Baş Naziri Castin Trüdoya çatdırmaq üçün Toronto ilə Ottava arasında 400 kilometrdən çox məsafəni qət edib.

Ukrayna təyyarəsinin qurbanlarından sağ qalan bu şəxs Kanadanın baş nazirindən Castin Trudeau hökumətinin nə üçün Kanada Parlamentinin 2018-ci ildə qəbul etdiyi qərara zidd olaraq İran İnqilab keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımadığını soruşmaq istəyir.

2021-ci ilin mayında Ontario məhkəməsi 2018-ci ilin fevralında vurulan təyyarə qurbanlarının ailələrindən olan Mehrzad Zarei, Şahin Moqqəddəm və Əli Qurcinin Ukrayna təyyarəsinin SEPAH raketi ilə vurulmasının qəsdən törədildiyi barədə şikayəti əsasında hökm çıxarıb və terror aktı kimi dəyərləndirib.

Məhkəmə Əli Xameneyi başda olmaqla İranın bir sıra yüksək səviyyəli məmurlarını, o cümlədən Əli Şamxani, Hüseyn Səlami, Məhəmməd Baqiri və Əmir Əli Hacızadəni bu hücumun əsas günahkarları kimi qınayıb.

Xatırladaq ki, 2020-ci il, yanvarın 8-də SEPAH terror təşkilatının iki raketlə vurduğu Ukrayna hava yollarına məxsus BOEİNG-752 təyyarəsində olan 176 sərnişinin hamısı həlak olub.

Bundan sonra rəsmi Tehran məsələni ört-basdır etməyə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını deməyə çalışıb.

Lakin beynəlxalq təzyiqlər nəticəsində hava gəmisinin SEPAH terror təşkilatı tərəfindən vurulduğunu qəbul etməyə məcbur olub.

Təyyarə qurbanlarının əksəriyyəti Kanada və Ukrayna vətəndaşlarıdır. Belə ki, qurbanlarının 55 nəfəri Kanada, qalanları isə Ukrayna, İsveç, Britaniya, Almaniya və Əfqanıstan vətəndaşlarıdır.

Related Articles

Bir cavab yazın

Back to top button