Dünya

Weiss: “Salman Rüşdiyə hücum edən şəxs SEPAH-ın Qüds Qüvvələri ilə birbaşa əlaqəli olub”

Avqustun 23-də dərc olunan hesabatda "Weiss" Avropa və Yaxın Şərqdəki kəşfiyyat rəsmilərinə istinadən xəbər verib ki, Hadi Mətər Salman Rüşdiyə hücum etməzdən əvvəl Qüds Qüvvələri ilə birbaşa əlaqədə olub.

Avropa ölkələrindən birində terrorla mübarizə rəsmisi “Weiss”-ə bildirib ki, Salman Rüşdiyə edilən hücum istiqamətləndirilmiş hücumun bütün xüsusiyyətlərinə malikdir.

“Yəni, bir kəşfiyyat xidmətinin hücuma birbaşa dəstəyi və müdaxiləsi olmadan tərəfdarı hərəkətə keçməyə sövq etdiyi hücumlardandır.

Bu şəxsin mübadilə etdiyi kommunikasiyalar diqqətlə araşdırılmalıdır.

Sonrakı araşdırmalar bu şəxsin əlaqələrinin dəqiq mahiyyəti haqqında daha çox məlumat verəcəkdir”-deyə, terrorla mübarizə nümayəndəsi bildirib.

Bununla yanaşı Yaxın Şərq ölkələrinin birinin kəşfiyyat rəsmilərindən biri Hadi Mətərin hücumdan öncəki mərhələdə SEPAH-la əlaqələri aydın olub.

O, əlaqələrin olduğunu bildirməklə yanaşı bu hücuma bir başa göstəriş verildiyi və ya sadəcə təklif edildiyi barədə təfərrüatların dəqiqləşdirilməyə ehtiyac olduğunu söyləyib.

İran rəsmiləri Salman rüşdiyə qarşı hücuma görə münasibət bildirməsələr də, hökumətə bağlı olan media orqanları və bir neçə SEPAH komandiri bu hadisədən məmnunluqlarını əks etdirən bəyanatlar veriblər.

Related Articles

Bir cavab yazın

Back to top button