
Avqustun 12-də Savalan dağında kürd dağçıların Kürdüstan bayrağı qaldırmaları azərbaycanlı dağçıların etirazına səbəb olub və iki qrup arasında qarşıdurma yaranıb.
Sosial media fəallarının verdiyi məlumata görə, azərbaycanlı qrup kürdlərin bayrağını əllərindən alıb cırdıqdan sonra iki tərəf arasında mübahisə yaranıb.