“Qaçaqmalçılıq yolu ilə İrana gətirilən məişət avadanlıqlarının həcmi 1.7 milyard dollar, qanuni yollarla gətirilinən malların həcmi isə 4.3 milyard dollardır”, – deyə Məhəmmədmehdi Bəradəran vurğulayıb.
Onun iddiasına görə, Sənaye Nazirliyi qaçaqmalçılıqla mübarizə proqramı çərçivəsində avtomobil hissələri, məişət texnikası və tütün məmulatları sektoruna qarşı mübarizəyə başlayıb. Bəradəran deyib ki, bundan sonra onlar kosmetika, geyim, oyuncaq və neft-kimya sahələrinə qarşı da mübarizəyə başlayacaqlar.