
Təbriz şəhərində yaşayan milli fəal Hamid Əsgəri iyunun 27-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yerli bölməsində bir neçə saatlığına dindirilib.
Bir neçə saatlıq sorğu-sual edildikdən sonra sərbəst buraxılan gənc fəalın saxlanılmasının illik Babək qurultayına hazırlıq işləri ilə bağlı olduğu ehtimal edilir.