Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İranla Venezuela arasında 20 illik hərtərəfli strateji əməkdaşlıq sənədi imzalanıb

İran prezidenti İbrahim Rəisi bu gün, iyunun 11-də Tehranda Venesuela Prezidenti Nikolas Maduronu rəsmi şəkildə qarşılayıb.

Görüş zamanı iki ölkə prezidentlərinin iştirakı ilə siyasi, mədəniyyət, iqtisadiyyat, neft, neft-kimya, turizm sahələrində müxtəlif sənədlər, o cümlədən 20 illik əməkdaşlıq sənədi imzalanıb.

Xatırladaq ki, Venesuela prezidenti Nikolas Maduro dünən başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə İrana rəsmi səfərə gəlib.

Amerika tərəfindən iqtisadi sanksiyalara məruz qalan İran və Venesuela illərdir ağır iqtisadi böhranla üzləşiblər. Bu səbəbdən hər iki ölkə son dövrlər barter üsuluna əsaslanan ticarət əlaqələri qurmağa çalışırlar.

Related Articles

Bir cavab yazın

Back to top button