Dünya

“İstənilən sazişi dəstəkləyirik” – Avropa İttifaqı rəsmisi

“Avropa İttifaqı həmişə Ermənistan və Azərbaycan arasında cari müzakirələr üçün əsas olan bütün keçmiş üçtərəfli sazişlərin həyata keçirilməsinin zəruriliyini vurğulayır”. Bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

“İnsan hüquqları və təhlükəsizlik məsələsi münaqişənin başlanmasından bu günə kimi konfliktin əsas məsələlərindən biri olub. Biz təhlükəsizlik məsələsini həll etmədən münaqişənin hərtərəfli və davamlı həllinə nail ola bilmərik”, – Aİ rəsmisi vurğulayıb.

Klaar vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında uzunmüddətli həlli təmin edən istənilən sazişi dəstəkləyəcək.

“Sülh prosesləri adətən qorxular, emosiyalar, fərziyyələr və yanlış şərhlərlə müşayiət olunur. Bu, təbiidir. Gərginliyi azaltmaq, ritorikanı zəiflətmək lazımdır”, – Aİ rəsmisi vurğulayıb.

Klaarın sözlərinə görə, heç kim Moskvanın vasitəçiliyi ilə İrəvan və Bakının əldə etdiyi üçtərəfli razılaşmaların aktuallığına şübhə etmir: “Aİ həmişə Ermənistan və Azərbaycan arasında cari müzakirələr üçün əsas olan bütün keçmiş üçtərəfli sazişlərin həyata keçirilməsinin zəruriliyini vurğulayır.

2020 və 2021-ci illərdə Moskva ilə əldə olunan üçtərəfli razılaşmaların aktuallığına heç kim şübhə etmir”. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button