
İraqın Su Ehtiyatları naziri bu ölkənin su yollarının İran tərəfindən bağlanmasına görə İrana qarşı beynəlxalq şikayətin hazırlandığını açıqlayıb.
“İran İraqla paylaşılan su axınlarının 90%-nin qarşısını kəsib, onların yataqlarını dəyişib və İraqdakı quraqlığı kompensasiya etmək üçün əməkdaşlıq etməkdən imtina edir”-deyə, iraqlı nazir Rəşid əl Həmdani bildirib.
Onun sözlərinə görə, İran hökumətinin İraqla sərhəddə qanunsuz bəndlər tikərək suları ölkənin mərkəzi bölgələrinə yönəltməsi nəricəsində İraqda su ehtiyatları 50% azalıb.
Nazir İran tərəfindən sərhəd çaylarından suyun başqa istiqamətə yönəldilməsi üçün qazılan tunel barədə məlumat əldə ettdiklərini və İraq Xarici İşlər Nazirliyi İranla su problemini araşdırmağa çalışdığını söyləyib.
İraq 2003-cü ildən bəri İranın beynəlxalq qaydalara zidd su siyasəti, xüsusən də ümumi çaylardan yatağının dəyişdirilməsi, bu çaylar üzərində nəhəng bəndlər tikməsi səbəbindən ciddi su çatışmazlığı ilə üzləşib.