Dünya

Sabah Ermənistanda prezident seçkiləridir – Bir namizəd var

Sabah Eremənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Hakim “Vətəndaş müqaviləsi” Partiyasının nümayəndəsi, yüksək tüxnologiyalar sənayesi naziri Vahan Xaçatryan ölkə başçısı postuna yeganə namizəddir.

Dünən – martın 1-də ölkənin qanunverici orqanı olan Milli Assambleyanın sessiyası başlayıb. Sessiya bu gün də davam edəcək. Martın 3-də isə parlamentdə yeni prezidentin seçilməsi üçün səsvermə keçiriləcək.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. Müxalifət prezidentliyə namizəd irəli sürməyib.

Ermənistan prezidenti parlamentdə seçilir.

Hazırda müvəqqəti olaraq prezident səlahiyyətlərini parlamentin spikeri Alen Simonyan icra edir.

Siyasi ekspertlər V.Xaçatryanın səsvermənin birinci turda seçilməyəcəyini, lakin ikinci turda seçiləcəyini proqnozlaşdırıblar

Related Articles

Bir cavab yazın

Back to top button