Avstriyanın xarici işlər naziri Aleksandr Çallenberq fevralın 3-də açıqlamasında Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin yenidən qurulması üçün tərəflərin fevralın 24-də Vyanada görüşəcəklərini deyib.
“Aznews tv”xəbər verir ki, Çallenberq Türkiyənin Vaşinqtondakı keçmiş səfiri Sərdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Roben Robenyanı bu görüş üçün şəxsən dəvət edib.
Türkiyə və Ermənistan tərəfi ilk dəfə olaraq ötən ay Moskvada görüşüblər və bu görüşdə iki ölkə arasında əlaqələri normallaşdırmaq üçün müzakirələri davam etdikmək istədiklərini vurğulayıblar.
Xatırladaq ki, Türkiyə və Ermənistan arasında münasibətlər erməni tərəfinin uydurması ilə ortaya çıxardıqları 1915-ci il hadisələrinə görə dayandırılıb və hər iki ölkə öz sərhədlərini bir-birinə bağlayıb. Bir neçə ay öncə Rəcəb Tayyib Ərdoğanın 1915-ci ildə Osmanlıların Anadoluda yaşayan erməniləri qırmadığını və bununla bağlı olaraq bütün arxivləri sonuna qədər açmağa hazır olduqlarını elan etsə də, Ermənistan tərəfi bundan boyun qaçırıb. Bu isə bir daha sübut edir ki, 1915-ci il hadisələri əslində saxta iddiadan başqa bir şey deyil.