
İqtisadi jurnalist və işçilərin hüquqları üzrə fəal Əmirabbas Azərmvəndə məhkəmə hökm çıxarıb.
“Aznews tv”xəbər verir ki, Tehran İnqilab Məhkəməsi jurnalisti “toplaşma və əlbirolma” ittihamı ilə 3 il 7 ay, “hakimiyyət qarşı təbliğat fəaliyyəti” ittihamı ilə 8 ay olmaqla toplamda 4 il 3 həbs cəzasına məhkum edib.
Məhkəmə, habelə onun siyasi və ictimai qruplara üzv olmasına və iki il müddətinə ölkədən çıxışına qadağa qoyub.
O, bir müddət öncə ETTELAAT tərərfindən həbs edilib və 2021-ci ilin sentyabrın 23-də 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq Evin zindanından azadlığa buraxılıb.