DünyaİranSiyasət

İran ABŞ-la danışıqlar aparmağa imtina edib

İrana qarşı sanksiyalar davam etdikcə biz ABŞ-la danışıqlar aparmayacağıq.

Aznews.tv-nin verdiyi məlumata əsasən, bu haqda öz Twitter hesabında İran prezidentinin məsləhətçisi Hesamoddin Aşna yazıb.

“Təhdid və sanksiyalar tətbiq etdiyi halda ABŞ-ın danışıqlara hazır olması barədə bəyanatı qəbuledilməzdir”, – deyə H.Aşna qeyd edib.

Onun sözlərinə görə, İran müharibə istəmir, lakin sanksiya rejimini də qəbul etmir.

Xatırladaq ki, iyunun 23 ABŞ prezidenti Donald Tramp İranla yeni nüvə anlaşmasının fərqli formalarda ərsəyə gələcəyinin mümkün olduğunu bildirib.

“Lakin əsas şərt – İran nüvə silahına yiyələnməyəcək”, – deyə Tramp qeyd edib.

Aznews.tv

 

Related Articles

Bir cavab yazın

Back to top button