Azərbaycanlı fəal bu haqda “X” hesabında yazıb: “6 il milli və mədəni mübarizə uğurlu nəticə verdi. Huntay doğum haqqında şəhadətnamə sahibi oldu”.
Qeyd edək ki, İran hökuməti etnik azlıqlara övladlarına qeyri-fars adlarını seçməyə icazə vermir. Habelə azərbaycanlı uşaqlara türk adlarına görə doğum haqqında şəhadətnamə verilmir.
Fars və ərəb adlarından başqa adları qeyri-İrani adlar hesab edilir. Azərbaycanlı valideynlər uşaqlarına türk adları seçdiklərinə görə məhrumiyyət və təzyiqlərlə üzləşir, uşaqlara türk adlarına görə illərlə kimlik sənədi verilmir.