Azərbaycanİran

6 il mübarizədən sonra azərbaycanlı uşağa türk adı ilə doğum şəhadətnaməsi almaq mümkün olub

Azərbaycanlı milli fəal Taymaz Mirəlibəyli illərlə mübarizədən sonra nəhayət ki, oğlu Huntaya doğum haqqında şəhadətnamə ala bilib.

Azərbaycanlı fəal bu haqda “X” hesabında yazıb: “6 il milli və mədəni mübarizə uğurlu nəticə verdi. Huntay doğum haqqında şəhadətnamə sahibi oldu”.

Qeyd edək ki, İran hökuməti etnik azlıqlara övladlarına qeyri-fars adlarını seçməyə icazə vermir. Habelə azərbaycanlı uşaqlara türk adlarına görə doğum haqqında şəhadətnamə verilmir.

Fars və ərəb adlarından başqa adları qeyri-İrani adlar hesab edilir. Azərbaycanlı valideynlər uşaqlarına türk adları seçdiklərinə görə məhrumiyyət və təzyiqlərlə üzləşir, uşaqlara türk adlarına görə illərlə kimlik sənədi verilmir.

Related Articles

Bir cavab yazın

Back to top button