Site icon Aznews TV

6 ayda Şərqi Azərbaycanda 57 işçi həlak olub

Bu barədə əyalətin Tibbi Ekspertiza Mərkəzinin rəhbəri Mehrdad Sitarə məlumat verib.

Məlumata görə, 29 nəfər hündürlükdən yıxılaraq, 14 nəfərə sərt cism dəyərək, 8 nəfər elektrik cərəyanı vurması, 1 oksigen çatışmazlığı, 5 nəfər isə yanıq nəticəsində dünyasını dəyişib.

Müstəqil həmkarlar ittifaqları və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini deyirlər.

Onların fikrincə, ölüm və yaralanma halları rəsmi statistikada göstəriləndən bir neçə dəfə çoxdur.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində, təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qoruyucu geyim, avadanlıqlarla təmin olunmamalarını ölüm hallarının çoxalmasında əsas səbəblərdən biri kimi göstərirlər.

Exit mobile version