5 dövlətin birgə Bəyanatını Təhlükəsizlik Şurasında Amerikanın BMT-dəki elçisi Tomas Qrinfild səsləndirib:
“Rusiya Ukraynaya qarşı müharibədə Təhlükəsizlik Şurasının qətnaməsini pozur. Bu ölkə İrandan yüzlərlə “Mühacir” və “Şahid” PUA-ları alıb. Rusiya, həmçinin İranın köməyi ilə bu PUA-ları Rusiya ərazisində istehsal etmək istəyir.
Rus ordusu bir neçə həftədir bu PUA-larla Kiyevə və ölkənin infrastrukturuna həmlələr edib, Ukrayna əhalisini qırıb və onlarda vahimə yaradıb. BMT dünya ictimaiyyətinin bu tələbi ilə razılaşmalı və İranla Rusiyanın qanunsuz hərəkətləri barədə tədqiqat və araşdırma aparmalıdır”.