Bu barədə Beynəlxalq Bəhai İcması məlumat yayıb.
Şiraz şəhərində həbs edilən qadınların evlərində axtarış aparılıb, onların telefon və komputerləri müsadirə edilib.
Bəhailərin hara aparıldığı və ittihamları barədə məlumat verilmir.
Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.
İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub vətəndaşlar İranda vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.