Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Güney Azərbaycanda minlərlə nadir ağac növü kəsilib

Ərdəbil əyalətinin təbiət abidələrindən biri sayılan və nadir növ ağaclarına görə tanınan Fındıqlı meşələrində minlərlə ağac kəsilib. Bu barədə ekofəallar foto və videolar paylaşıblar.

Yayılan son peyk görüntülərində yaşıllıq zolaqlarının məhv edildiyi müşahidə olunur. Ekofəallar nadir ağac növlərinin kəsilməsi və qaçaqmalçılığının SEPAH-yə bağlı qruplar tərəfindən həyata keçirildiyini bildiriblər.

Qeyd edək ki, əksəriyyəti, əsasən, Ərdəbil əyalətinin inzibati ərazi bölgüsü daxilində olan Fındıqlı meşələri təbiət əsəri kimi qeydə alınıb. Buna baxmayaraq, yaşıllıq zolağının qorunması ilə bağlı tədbirlər görülmədiyinə görə meşənin sahəsi əvvəlki illərlə müqayisədə xeyli kiçilib.

Related Articles

Bir cavab yazın

Back to top button