Qətnamə layihəsində Tehrandan agentliklə tam əməkdaşlıq etməsi tələb olunub, və bildirilib ki, əks halda agentliyin baş direktoru İrana təzyiqlərin artırılmasına səbəb olacaq geniş hesabat hazırlayacaq.
Bununla yanaşı adı çəkilən 3 Avropa ölkəsi bəyan edilməmiş ərazilərdə tapılan uranın mənşəyini izah etmək üçün İrana yenidən təzyiq göstərib və Tehrandan Beynəlxalq Atom Enerjisi Agentliyinin baş müfəttişlərinin ölkəyə girişinə qoyduğu qadağanı ləğv etməyi istəyib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş dirrektoru Rafael Qrossi qətnamə layihəsi ilə bağlı deyib ki: “Bununla bağlı qərar qəbul etmək üzv dövlətlərin ixtiyarındadır və agentlik yalnız təsdiqləndiyi təqdirdə təklif olunan qətnaməyə uyğunlaşmaq vəzifəsini daşıyır”.
İran əleyhinə qətnamə layihəsi Tehranın nüvə fəaliyyətlərinin təhlükəli səviyyəyə çatması barədə MAQATE-nin məxfi hesabatının “Associated Press”-də yayılmasından sonra baş verib.
“İran hazırda 60% zənginləşdirmə ilə 142 kq-dan çox uran ehtiyatına malikdir. Bu miqdar bu qurumun cari ilin fevralında verdiyi əvvəlki hesabatla müqayisədə 20 kiloqramdan çox artım göstərir”,- MAQATE-nin ifşa olunan məxfi hesabatında deyilib.
Hesabatda həmçinin əlavə edilib ki, İranın ümumi zənginləşdirilmiş uran ehtiyatı hazırda 6201 kq-dan çoxdur və bu miqdar həm də Beynəlxalq Atom Enerjisi Agentliyinin əvvəlki hesabatı ilə müqayisədə Tehran hökumətinin ümumi uran ehtiyatının 675,8 kq artmasına dəlalət edir.
Bildirilir ki, Tehran 2023-cü ilin sentyabrında bu təşkilatın bir sıra təcrübəli müfəttişlərinin nüvə obyektlərinə girişini və nəzarətini qadağan edən qərarını kəğv etməyib.